Çatdırılma vә ödәniş

Köynək.az saytından alınan  məhsullar ölkədaxili bütün ünvanlara çatdırılır. Bununla əlaqədar olaraq müştərinin ünvanı və alan şəxsin əlaqə məlumatları aydın şəkildə göstərməlidir.
Bakı şəhəri üçün  bütün məhsullar  24 saat ərzində Azərpoçt vasitəsi ilə  çatdırılır. Bu müştərinin  yerləşdiyi məsafədən və qəbul edəcək zamandan asılıdır.
Bakıdan kənar digər şəhər, rayon və qəsəbələrə isə 24-48 saat ərzində məhsul Azərpoçt və ya digər daxili yükdaşıyan firmalar vasitəsi ilə çatdırılır.
Alınan məhsulu gün ərzində  sürətli carqolar vasitəsi ilə çatdırmaq mümkündür. Bu zaman carqo xərci müştəri tərəfindən ödənilir.
Çatdırılmada müştəri məhsulu qəbul edərkən məhsulun sifarişdəki olduğuna və qüsursuz olduğunu yoxlama haqqına malikdir. Qəbul zamanı firma tərəfindən verilən NKA-nın qiymət çekini özünüzdə saxlamağınız xahiş olunur. Bu sizin məhsulun alışı haqqında rəsmi ödəniş çekidir və gələcəkdə məhsulun geri qaytarılma halları yaranarsa  tələb olunacaq. 
Məhsullar firmamız tərəfindən xüsusi poşetlərə qoyularaq bağlanılır. Bu poşetlər yalnız müştəri tərəfindən açılır.
Məhsulda qüsur olduğu halda dərhal “KOYNEK.AZ” saytına və ya 050-2654000/012-4414194 nömrəli telefonlarla əlaqə saxlamaları  xahiş olunur.
Müştəri məhsulu geri qaytararsa və ya dəyişmə istəyi varsa bu 14 təqvim günü ərzində baş tutur. Bu vaxt bitdikdən sonra  heç bir halda məhsul qəbul olunmayacaq.
Məhsul qaytarılarkən və ya dəyişərkən üzərində məhsulun etiketi zədələnməməli və çıxarılmamalıdır.Məhsula əgər hər hansı  bir zədə, ləkə və ya xoşagəlməz bir halla rastlaşılarsa bu halda məhsul götürülməyəcək.
Müştəri məhsulu geri qaytarmaq istədikdə poçt, daxili yükdaşıma firması və ya Bakı şəhəri Nəsimi rayonu Azadlıq pr 128K  (Dostluq K.T) ünvanında yerləşən DUFY mağazasına qaytara bilər. Məhsul qaytarılarkən göndərmə xərci müştəri tərəfindən ödənilir.
Alınan məhsulun ödənişi öncədən olunur. Bunun üçün 050-2654000 və ya 012-4414194 nömrəli telefonlarla əlaqə saxlayaraq ödəməni istəyə uyğun ödəmə sistemləri vasitəsi ilə həyata keçirə bilərsiniz.